İranın Azərbaycandakı Səfirliyinin İran İslam İnqilabının 44-cü ildönümü münasibətilə Bakıda keçirəcəyi tədbir ləğv olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Demokrat.az-a İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Məlumata görə, tədbir fevralın 10-da “Baku Marriott Hotel Boulevard” hotelində təşkil olunmalı idi.
Bildirilir ki, əvvəlcədən qonaqlara dəvət göndərilsə də, sonradan tədbirin ləğv edildiyi məlum olub.
