Kremldə İranın Səudiyyə Ərəbistanına planlaşdırılan hücumu barədə məlumat yoxdur.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml bununla bağlı fərziyyələrin haradan gəldiyini bilmir:
“Düzünü desəm, bizim heç bir məlumatımız yoxdur və bu fərziyyələrin haradan gəldiyini də bilmirik”.
Belə ki, bundan əvvəl KİV-lər ABŞ və Səudiyyə Ərəbistanının İranın krallığa və ya regionun digər dövlətlərinə mümkün hücumu ilə bağlı məlumat mübadiləsi apardığını yazıb.
Qeyd edək ki, daha əvvəl “Reuters” Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsinə istinadən yazıb ki, ABŞ İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır və lazım gələrsə, cavab verməyə hazırdır.
İqbal Rzayev,
KONKRET.az
