İran Xəzər dənizindəki ticarət gəmisinə edilən hücuma görə Ukraynaya mütləq hərbi cavab verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə İslam Respublikasının parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fəda-Hüseyn Maleki bildirib.
“Biz diplomatik kanallar vasitəsilə cavab vermişik və ultimatum irəli sürmüşük, lakin mütləq hərbi cavab da olacaq”, – İranlı deputat əminliklə qeyd edib.
Maleki vurğulayıb ki, İranın silahlı qüvvələri artıq Ukraynaya qarşı hərbi cavab hazırlayır.
