İran və ABŞ hələlik növbəti raund barədə razılığa gəlməyiblər – Tehrandakı mənbəbackend

İran və ABŞ hələlik növbəti raund barədə razılığa gəlməyiblər - Tehrandakı mənbə

İran və Pakistan İslamabadda keçirilən İran-Amerika danışıqlarından sonra məsləhətləşmələri davam etdirir, lakin növbəti raundun tarixi hələ müəyyən edilməyib.

KONKRET.az IRNA-ya istinadla xəbər verir ki, mənbənin sözlərinə görə, Tehran və İslamabad mesaj mübadiləsini davam etdirirlər. Lakin İran və ABŞ arasında növbəti məsləhətləşmələrin tarixi və yeri barədə razılığa gəlinməyib.

Bundan əvvəl bildirilmişdi ki, Vaşinqton və Tehran arasında birbaşa danışıqların yeni raundu Cümə axşamı İslamabadda baş tuta bilər. Pakistanın paytaxtında növbəti görüşün keçirilməsi imkanlarını müzakirə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*