İran və İraq sərhəd təhlükəsizliyi və mühafizəsi sahəsində hərtərəfli anlaşma memorandumu imzalayıb.
KONKRET.az xəbər verir ki,bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İran televiziyasına açıqlamasında bildirib.
Qalibafın sözlərinə görə, İraq xarici qüvvələrin ölkədən tamamilə çıxarılması və müstəqil suverenliyinin möhkəmləndirilməsi ərəfəsindədir.
İraq parlamentinin sədri Mahmud əl-Məşhədani də tərəflərin təhlükəsizlik və sərhədlərin mühafizəsi sahəsində əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın sentyabrın 30-dək İraqdakı hərbi qüvvələrini tamamilə çıxarmağı planlaşdırdığı açıqlanıb. Məlumata görə, İraqın Baş naziri Əli əz-Zeydi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperlə görüşdən sonra sentyabrın 30-nun “dəyişməz və yekun tarix” olaraq qaldığını təsdiqləyib.
Günay Əli
KONKRET.az
