İran Xəzərdə vuruldu: 1939 ssenarisinə gedirik – Dəhşətli müharibə gəlirbackend

İran Xəzərdə vuruldu: 1939 ssenarisinə gedirik – Dəhşətli müharibə gəlir

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı İran hədəflərinə zərbələri dayandırıb. “Axios” portalının məlumatına görə, bu qərarın qəbulunda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin tövsiyəsi həlledici rol oynayıb.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, ABŞ–İran müharibəsinin 10 iyuldan bəri alovlanan ikinci mərhələsində tərəflər hər hansı nəticə hasil edə bilməyiblər:

“ABŞ-ın İran üçün nəzərdə tutduğu “tükəndirmə strategiyası” özünün regional imkanlarının tükənməsi ilə nəticələnir. Belə ki, ABŞ-ın regiondakı hərbi qüvvələri itkilərlə üzləşir, həm hərbi bazaları, həm də müttəfiqləri qorumaq üçün hava hücumundan müdafiə sistemlərində çatışmazlıqlar yaşanır. ABŞ İranın Hörmüzdə suveren hüquqlarını tanımayaraq Oman sularından, yəni Hörmüz boğazının cənub hissəsindən alternativ marşrut yaratmağa çalışsa da, İran bu hissəni minalayıb. Bu isə ABŞ-ın alternativ təhlükəsiz keçid təşkil etmək imkanını əlindən alır”.

Politoloq qeyd edib ki, bu fonda İran Yaxın Şərqin digər strateji keçidlərində qlobal ticarət üçün təhlükə yaradır:

“Xəzərdə İrana məxsus tankerin Ukrayna tərəfindən vurulması və Tehranın buna cavab verəcəyini bəyan etməsi isə müharibənin daha da genişlənmə riskini, Dünya müharibəsi dövründə olduğu kimi, bloklararası savaşa çevrilmə təhlükəsi daşıdığını ortaya qoyur. Beləliklə, ABŞ-a genişmiqyaslı müharibəyə hazırlıq üçün vaxt lazımdır. Bu vaxt həm hərbi imkanlarını yeniləmək və strategiyaya mümkün dəyişikliklər etmək üçün lazımdır, həm də diplomatik danışıqlar hər zaman ümid qapısı hesab olunub. İran danışıqlar periodunda “iki günlük”, yaxud müəyyən müddətlik “nəfəs ala bilər”. Necə ki müharibənin birinci mərhələsi 2 ay danışıqlar periodu ilə əvəzlənmişdi. Lakin İranın regional miqyasda yürütdüyü siyasətdə bir dəyişiklik olmayacağı təqdirdə ABŞ üçün “konvensional təhdid” yaradan dövlət olaraq qalacaq və müharibə yenidən və daha ağır formada canlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*