İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcəkbackend

İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək

Yaxın günlərdə İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək.

KONKRET.az xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur deyib.

O bildirib ki, İran Rusiya ilə “Xəyyam” peykinin birgə istehsal xəttini işə salacaq. “Xəyyam peykinin ikinci, üçüncü və dördüncü variantını birgə istehsal edəcəyik”, – nazir deyib.

O qeyd edib ki, yaxın iki-üç həftə ərzində 100 kiloqram çəkisi olan peyki orbitə çıxara biləcək yeni peyk daşıyıcısı sınaqdan keçiriləcək.//APA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*