İran Zəngəzur dəhlizi ilə bağlı İrəvan qarşısında ŞƏRT QOYDU: “Əks halda…”backend

İran Zəngəzur dəhlizi ilə bağlı İrəvan qarşısında ŞƏRT QOYDU: “Əks halda...”

İran rəsmilərinin Ermənistanın Baş naziri Nikol Paşinyana “Trump Route for International Peace and Prosperity” (TRIPP) layihəsi (Zəngəzur dəhlizi – red.) ilə bağlı gözlənilməz və sərt tələblər irəli sürməsi regionda gərginliyi artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Tehran tələb edir ki, TRIPP marşrutunun təhlükəsizliyi yalnız Ermənistan Silahlı Qüvvələri tərəfindən və ya ölkə ərazisində onsuz da mövcud olan üçüncü ölkənin (faktiki olaraq Rusiya hərbçilərinin) qüvvələri tərəfindən təmin edilsin.

İran tərəfi bu addımla ABŞ hərbçilərinin və ya xarici hərbi kontingentin onun sərhədləri yaxınlığında yerləşməsinin qarşısını almağa çalışır.

Tehran açıq şəkildə bəyan edib ki, əks halda, artan qarşıdurma şəraitində amerikalı hərbçilər qanuni hərbi hədəf kimi qəbul olunacaqlar.

Bu tələblər İrəvanın xarici siyasətində əsas yer tutan nəqliyyat-kommunikasiya layihəsinin icrasını daha da mürəkkəbləşdirir, çünki Ermənistan bir tərəfdən ABŞ ilə əməkdaşlığı davam etdirməyə, digər tərəfdən isə əsas iqtisadi tərəfdaşlarından biri olan İranın təhlükəsizlik narahatlıqlarını nəzərə almağa məcbur qalır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*