İranda 2000 yaşı olan qəbiristanlıq tapıldıbackend

İranda 2000 yaşı olan qəbiristanlıq tapıldı

İranın Xuzistan əyalətinin Əhvaz şəhərində qədim qəbiristanlıq tapılıb.

KONKRET.az xəbər verir ki, qəbiristanlıq Qarun çayı yaxınlığında neft quyuları qazarkən təsadüfən aşkar edilib.

İranlı arxeoloq Hüseyn Feyzinin sözlərinə görə, qəbiristanlıqda qədim insanlara aid sümüklərin bəziləri təbii qətranla örtülmüş bej rəngli olub.

Arxeoloq vaza formalı qəbirlərin çaya tərəf yerləşdiyini və yəqin ki, mitraizm prinsipləri ilə tikildiyini bildirib.

İlkin araşdırmalara görə, qəbiristanlıq Parfiya dövlətinin mövcud olduğu (b.e.ə. 247 – b.e 224-cü ili) dövrə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*