İranda dondurmaya çəkilən “erotik” reklam qalmaqala səbəb oldu – FOTObackend

İranda dondurmaya çəkilən “erotik” reklam qalmaqala səbəb oldu – FOTO

İranda “Domino” adlı dondurma (bəstəni) şirkətinin çəkib İnstagramda yerləşdirdiyi reklam videosu qalmaqala yol açıb.

KONKRET.az xəbər verir ki, “Fars” xəbər agentliyi videoda dondurmanı yeyərək reklam edən xanımın rəftarlarını “erotik” və “seksual” adlandırıb və şirkətin rəsmi qaydada üzr istəməsini tələb edib.

“Məşreq” saytı isə İranın Mədəniyyət Nazirliyinin rəsmilərinin birinə istinadən xəbər verir ki, video “xüsusi icazə” əldə edilmədən çəkilib.

Sayt reklamın “İnstagram”da paylaşıldığını bildirərək, şirkətə qarşı hüquqi tədbirlərin görüləcəyini bildirib.

Nəticədə şirkət sözügedən videonu sosial media hesabından silməli olub./alp.az/

image-1628504933_0de-4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*