İranda əfqanıstanlı qaçqınların ORQANLARI OĞURLANIR – VİDEObackend

İranda əfqanıstanlı qaçqınların ORQANLARI OĞURLANIR - VİDEO

İranda əfqanıstanlı qaçqınların orqanları oğurlanır

KONKRET.az xəbər verir ki, “Şpigel” jurnalı İranda əfqanıstanlı qaçqınlara qarşı edilən haqsızlıq və onların cəsədlərinin doğranaraq orqanlarının oğurlanması barədə geniş məlumat yayıb.

Məlumatda qaçqın ailələrə istinadən bildirilir ki, əfqanıstanlı köçkünlər, xüsusilə gənclər adi xəstəlikdən xəstəxanaya müraciət etdikdən bir neçə gün sonra cəsədləri ailələrinə təhvil verilir.

“Adi yara və xəstəliyə görə xəstəxanaya müraciət edən qaçqınların xəstəlikdən öldüyü bildirilir. Onları meyitləri isə ailələrinə doğranmış və həyati orqanları çıxarılmış şəkildə təhvil verilir”, – deyə məlumatda yazılıb.

“Şpigel”in İran-Əfqanistan sərhəddinə göndərilmiş tədqiqatçı qrupu sürücülər, insan qaçaqmalçıları və Taliban nümayəndələri ilə apardıqları danışıqların nəticəsində bu barədə hesabat hazırlayıblar.

“Sərhəd keçid məntəqəsində bir əfqanıstanlı qaçqının meyitini gördük. 27 yaşlı gənci başından göbəyinə kimi yarıb. sonra tikmişdilər. O, Tehranda tikintidə fəhlə işləyirdi, adi baş ağrısına görə xəstəxanaya gedib və bir neçə gündən sonra cəsədi ailəsinə təhvil verilib”, -deyə “Şpigel”in müxbiri yazıb.

Qeyd edək ki, hesabatda onlarla qaçqının müsahibələri, insan qaçaqmalçıları və qaçqınları daşıyan sürücülərin şahid olduqları hadisələr öz əksini tapıb. Xüsusilə son aylarda Talibanın Əfqanistanda hakimiyyəti ələ keçirməsindən sonra İranda əfqanıstanlı qaçqınlara qarşı münasibət daha da pisləşib. İran hökuməti və hökumət məmurlarının qaçqınlara qarşı münasibəti Taliban hökuməti ilə Tehran rejimi arasında münasibətlərin kəskin gərginləşməsinə səbəb olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*