İranda ərzaq qiyamı: Bir nəfər öldübackend

İranda ərzaq qiyamı: Bir nəfər öldü

İranın bir sıra şəhərlərində ərzaq qiymətlərinin artması ilə bağlı etirazlar şənbə günü də davam edib.

KONKRET.az xəbər verir ki, etirazlar əsasən ölkənin şimalındakı Rəşt şəhəri, mərkəzdə yerləşən Farsan şəhəri və şimal-şərqdəki Neyşabur şəhərində baş verib.

Etirazlara ötən həftə idxal olunan buğdaya dövlət subsidiyalarının kəsilməsi səbəb olub. Bu qərar un məmulatlarının qiymətinin 300%-ə qədər artması ilə nəticələnib. İran hökuməti yağ və süd məhsulları kimi əsas malların qiymətlərini də qaldırıb.

İranlı deputat Əhməd Avai ILNA xəbər agentliyinə bildirib ki, Dezful şəhərində mitinqlər zamanı bir nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*