İranda naməlum şəxslər insanlara atəş açdı – Ölən və yaralananlar varbackend

İranda naməlum şəxslər insanlara atəş açdı - Ölən və yaralananlar var

İranın Sistan və Bəlucistan əyalətlərinin Zahidan şəhərində cümə namazından sonra nümayişlər keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda İranın rəsmi İRNA agentliyi məlumat yayıb.

Etiraz aksiyaları zamanı 2 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.

Sistan və Bəlucistan Təhlükəsizlik Şurası hadisələrlə bağlı açıqlama verib:

“Zahidan cümə imamının xəbərdarlıqlarına baxmayaraq, təəssüf ki, bəzi fürsətçi insanlar xaos və etibarsızlıq yaratmaq üçün ətraf küçələrə toplaşdılar. Naməlum şəxslərin açdığı atəş nəticəsində çox sayda vətəndaş və təhlükəsizlik işçisi yaralanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*