İranda qripdən ölənlərin sayı 50 nəfəri keçdibackend

İranda qripdən ölənlərin sayı 50 nəfəri keçdi

İranda qrip yayıldığı gündən bəri (təxminən son iki ayda) 56 nəfər dünyasını dəyişib.

KONKRET.AZ xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Ə.Rəisinin sözlərinə görə, ötən bir həftə ərzində qrip nəticəsində 19 nəfər həlak olub.

O, əlavə edib ki, İranda H1N1 və H3N2 virusları nəticəsində öncəki həftəyədək 37 nəfər dünyasını dəyişmişdi.

Nazir müavini indiyədək 273 nəfərin qrip viruslarına görə xəstəxanaya yerləşdirildiyini deyib.

Bir cavab yazın