İrandakı zəlzələdə xəsarət alanların sayı 500-ü keçibbackend

İrandakı zəlzələdə xəsarət alanların sayı 500-ü keçib

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 500-dən çox insan yaralanıb.

KONKRET.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində xəsarət alanların sayı 529 nəfərə çatıb.

Qeyd edək ki, noyabrın 7-də saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 62 km dərinlikdə olub. Zəlzələ nəticəsində 6 nəfər həlak olub.

Xatırladaq ki, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*