“Kurtlar vadisi” serialında canlandırdığı “Nevzat” obrazı ilə məşhurlaşan aktyor Nevzat Yakışırboydan gündəmə damğa vuran açıqlama gəlib.
KONKRET.az xəbər verir ki, Kaşif Kozinoğlu sorğusu çərçivəsində “Kurtlar vadisi”nin ssenaristlərinin ifadə verməsindən sonra, serialın aktyorundan diqqətçəkən paylaşım edilib. Nevzat Yakışırboy rejissor Osman Sınavın FETÖ tərəfindən açıq şəkildə təhdid olunduğunu iddia edib.
Serialın prodüseri və ssenaristi Raci Şaşmazın prokurorluğa verdiyi ifadədə Osman Sınavın hədə-qorxu ilə serialdan uzaqlaşdırıldığı məlum olub.
Şaşmaz ifadəsində bildirib ki, Osman Sınav layihədən ayrıldıqdan sonra da ssenariyə müdaxilə etmək, fikir və məsləhətlər vermək istəyib. Lakin Şaşmaz bu vəziyyəti məqsədəuyğun saymadığı üçün təklifi qəti şəkildə rədd edib.\\unikal.az

