Mənzurə Musayevanın qardaşına vəzifə verildibackend

Mənzurə Musayevanın qardaşına vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.

KONKRET.az nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkimi təyin edilib.

Qeyd edək ki, yeni baş həkim uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib.

İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*