Ukraynaya 34-cü hərbi yardım paketini göndərdilərbackend

Ukraynaya 34-cü hərbi yardım paketini göndərdilər

Finlandiya Ukraynaya dəyəri 290 milyon avro olan 34-cü hərbi yardım paketini göndərir.

KONKRET.az xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyinin öz saytında açıqladığı məlumata görə, bu, ölkənin təqdim etdiyi həcminə görə ikinci ən böyük yardım paketidir.

Helsinki indiyədək Kiyevə ümumi dəyəri 3,6 milyard avro olan müdafiə təyinatlı vasitələr tədarük edib.

“Finlandiya Ukraynanın müdafiə mübarizəsini dəstəkləməyə davam edir… Müharibə dövründə biz ehtiyaclara uyğun olaraq maddi dəstək göstərmişik. Mövcud ehtiyatların təmin edilməsi ilə yanaşı, biz dəstək proqramına yerli müdafiə sənayesi şirkətlərini də daxil etmişik və onların məhsulları da bu paketin bir hissəsini təşkil edir”, – deyə müdafiə naziri Antti Hakkanen bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*