Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildiribbackend

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağa hazır olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Kallas bunu Finlandiyanın “Yle” teleradio şirkətinə müsahibəsində deyib.

“Əlbəttə, belə bir imkan yaranarsa, danışacağam”, – Kallas müvafiq suala cavabında bildirib.

O, Sergey Lavrovla daha əvvəl beynəlxalq forumlar, o cümlədən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və G20 çərçivəsində görüşdüyünü xatırladıb. Kallasın sözlərinə görə, həmin görüşlərdə Avropa İttifaqının mövqeyini Lavrova birbaşa çatdırıb.

Aİ-nin ali nümayəndəsi eyni zamanda Avropa İttifaqının Kiyevi dəstəklədiyi üçün hazırda Rusiya ilə Ukrayna arasında tamhüquqlu vasitəçi rolunda çıxış edə bilməyəcəyi barədə əvvəlki mövqeyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*