backend

İrandan sərt iddia: "Etirazçıların PJAK və DEAŞ ilə əlaqəsi var"

KONKRET.az xəbər verir ki, İran rəsmiləri benzinin qiymətinin qalxmasına etiraz edərkən iş yerlərinə atəş açan nümayiçilərin PJAK, DEAŞ və MKO terror təşkilatları ilə əlaqəsi olduğunu bəyan edib.

Ölkənin dövlət televiziyası Press TV-nin xəbərinə görə, İranın Kirmanşah əyalətinin qubernatoru Husheng Bazuvend etirazçıların terror təşkilatı DAESH, PKK-nın İran qolu PJAK və Xalq Mücahidləri Təşkilatı (MKO) ilə əlaqəli olduqlarını iddia edir.

Amnesty İnternational təşkilatının məlumatına görə, İranda benzinin bahalaşmasına etiraz olaraq 115 etirazçı öldürülüb. İran rəsmiləri isə bu günə qədər 6 təhlükəsizlik işçisi və 1 nümayişçinin öldüyünü bildirir. Etirazlara sərt müdaxilə edən İran nümayişlərdə ABŞ, İsrail və Səudiyyə Ərəbistanının  barmağının olduğunu iddia edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*