“İranla ciddi qarşıdurma yarana bilər” – ƏTRAFLIbackend

"İranla ciddi qarşıdurma yarana bilər" - ƏTRAFLI

İranda Azərbaycan səfirliyinə edilən terror hücumu ölkəmizdə bu ölkəyə qarşı düşmənçilik hisslərini artırıb. Artıq bəzi konfilktoloqlar İranla Azərbaycan arasında onsuz da gərgin olan münasibətlərin müharibə həddinə gətirildiyini vurğulayırlar. Bəs Azərbaycan politoloqları nə düşünür.

Siyasi şərhçi, politoloq Zərdüşt Əlizadə KONKRET.az-a açıqlamasında bildirib ki, qabaqcadan tam fikir söyləmək doğru olmaz. Hər şey İranın rəsmi mövqeyindən asılıdır: “Təəssüf doğuran hadisədir. Bu, təbii ki, bütün beynəlxalq qanunların, İran qanunlarının kobud pozulmasıdır, cinayətdir. İranın ali dini rəhbərinin – Xamneinin münasibətindən çox şey asılıdır. Əgər o, təəssüfünü bildirsə, İran hakimiyyəti üzr istəsə, əgər bunu törətmiş canilər ciddi cəzalandırılsa, hesab edərik ki, bu, ya təsadüfdür, ya da adi cinayət hadisəsidir. Yox əgər Amerika diplomatlarının girov götürülməsi kimi şovinist qüvvələr qışqırıb bağırmağa başlasalar ki, düz eləmişik, qisas almışıq və s. Bu kimi səfeh açıqlamalar verilsə, bu, o deməkdir ki, münaqişə genişlənəcək, dərinləşəcək və Azərbaycanın İranla münasibətləri qarşıdurma səviyyəsinə gəlib çıxacaq.

Siyasi şərhçi onu da əlavə etdi ki, “Belə azğın hücum onu göstərir ki, İranın hakim siyasi sinfi parçalanıb. Xamneinin xəstəliyini, qocalığını nəzərə alaraq hakimiyyət uğrunda savaş şiddətlənib. İran daxilində xaricə işləyən qüvvələr də var. İranın nüvə enerjisi sahəsində işləyən alimləri, yüksək vəzifəli vaxtaşırı öldürülür. Bu hadisəni də törədənlər İranı yeni bir münaqişəyə sürükləyirlər. İranın ali dini rəhbərliyi bunu başa, düşsə, təsirli tədbirlər həyata keçirəcək. Əks təqdirdə, Tehran yeni savaşlara hazır olmalıdır

Zərdüşt Əlizadə vurğulayıb ki, “Azərbaycanla İran arasında münasibətlər gərgindir. Qarşılıqlı hərbi təlimlər, hədələr və bu kimi amilllər onu deməyə əsas verir ki, səfirliyimizə terror hücumu anlaşılandır. Yenə deyirəm, İran dövlətinin mövqeyini gözləməliyik”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*