İranlı general İsrailə raket zərbələri endirmək əmrini verib.
KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın həftəlkik qəzeti “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasındakı səlahiyyətli mənbələrə istinadən xəbər verir.
Məlumata görə, Pasxa həftəsində İsrailin şimalına raket hücumu İran, Həmas və Hizbullah arasında razılaşdırılıb.
Lakin WSJ İsrail nəşrlərinin iddialarının əksini yazır.
“Raket hücumu HƏMAS-ın Livandakı şəxsi təşəbbüsü deyil, iki iranlı zabit Milad Heydəri və Müğdəd Mehkaninin Suriyada öldürülməsinin qisası idi”, – WSJ yazıb.
Hücum əmrini İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı dəstəsinin komandiri, iranlı general İsmayıl Qaani verib.
Xuraman Etibarlı,
KONKRET.az
