İranlı hakerlər Qasım Süleymaninin vəfatının ildönümündə İsrail KİV-nə hücum ediblər.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, kiberhücum bu gün iranlı general Qasım Süleymaninin anım günündə baş verib. İsrailin “The Jerusalem Post” nəşrinin internet səhifəsi və “Maariv” qəzetinin Twitter hesabını sındırılıb və şəkil yerləşdirilib.
Şəklin üzərində ingilis və ivrit dillərində belə bir yazılıb: “Bizi düşünmədiyiniz anda biz sizin yanınızdayıq”.

Xuraman Etibarlı,
KONKRET.az
