İraqda hərbi baza raket atəşinə tutuldubackend

İraqda hərbi baza raket atəşinə tutuldu

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinin istifadə etdiyi İraqın “Əyn əl-Əsəd” hərbi bazası raket atəşinə tutulub.

KONKRET.az xəbər verir ki, İraqın Anbar vilayətində yerləşən həmin hərbi bazaya ən az iki raket atılıb. Bazanın yerləşdiyi Əl-Bağdadi bölgəsi təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb, hücumu törədənlərin axtarışı davam edir.

Raket hücumu nəticəsində mümkün dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*