“İrəvan Bakıdan yeni təkliflər alıb” – Mirzoyanbackend

"İrəvan Bakıdan yeni təkliflər alıb" - Mirzoyan

“İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində almaniyalı həmkarı Annalena Burbok ilə birgə mətbuat konfransında deyib.
“Ermənistan bu günlərdə Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıb.

İrəvan təklifləri nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir.

Biz Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə görüşməli idik. Lakin Laçın dəhlizinin “bağlanması” ilə əlaqədar Ermənistan tərəfi iştirakını təxirə saldı.

Buna baxmayaraq, biz təkliflərimizi Azərbaycan tərəfinə çatdırdıq. Bakıdan cavab və sülh müqaviləsi ilə bağlı yeni təkliflər qəbul etdik”, – deyə o bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, danışıqlar prosesi o qədər də rəvan olmasa da, dayanmayıb, davam edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*