İrəvan bələdiyyəsinin aparat rəhbəri həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına Məhkəmə Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Apellyasiya Cinayət Məhkəməsi İrəvan bələdiyyəsinin keçmiş aparat rəhbəri Seyran Mejlumyanın həbsi barədə qərar çıxarıb.
Müvafiq vəsatət prokuror tərəfindən verilib.
İrəvan meriyası aparatının katibi Seyran Mejlumyan istefa ərizəsi verib. O, bu vəzifəyə 2022-ci il iyulun 19-da təyin edilib.
Məlumata görə, Mejlumyan icazəsiz tikililəri qanunsuz olaraq leqallaşdırmaqda ittiham olunur.
Xuraman Etibarlı,
KONKRET.az
