İrəvan ŞİKAYƏTLƏNDİ: “Rusiya Ermənistana qarşı sanksiya tətbiq edib”backend

İrəvan ŞİKAYƏTLƏNDİ: "Rusiya Ermənistana qarşı sanksiya tətbiq edib"

“Rusiya Ermənistana qarşı “iqtisadi sanksiyaları” sərtləşdirib”.

KONKRET.az xəbər verir ki, erməni mediası Rusiyanın Ermənistana qarşı “iqtisadi sanksiyaları” sərtləşdirməsindən şikayətlənib və ictimaiyyəti “nəticə çıxarmağa” çağırıb.

“Rusiya Ermənistanı müəyyən güzəştlərə getməyə və diktə edilmiş şərtlərlə razılaşmağa məcbur etmək üçün “iqtisadi sanksiyalara” əl atıb.

Ermənistanın süd məhsullarının Rusiyaya ixracına qadağa qoyulub,  İndi növbə digər növ kənd təsərrüfatı məhsullarının ixracına və Rusiyadan Ermənistana maye qazın idxalına məhdudiyyətlərə çatıb.

Erməni fermerlər və yük maşınları günlərlə kənd təsərrüfatı məhsullarını Rusiyaya apara bilmədiklərini bildirirlər. Gürcüstanda erməni sürücülərə və fermerlərə məlumat verilir ki, Rusiya tərəfi erməni yük maşınlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Bütün bunların nəticəsində istixana təsərrüfatı böyük itkilərə məruz qalır.

Bundan başqa, Ermənistana maye qaz idxal edən yük maşınları yanacaq doldurmaq üçün Rusiya ərazisinə daxil ola bilmir. Bu səbəbdən də Ermənistanda maye qazın qiyməti son bir ayda demək olar ki, 80 faiz artıb.

Rusiya tərəfi bu məhdudiyyətləri texniki problemlərlə izah edir. Ancaq görünən odur ki, baş verənlər Ermənistana qarşı iqtisadi sanksiyalardır və bunun arxasında siyasi sifariş dayanır.

Rusiyanın Ermənistana qarşı apardığı iqtisadi müharibə nəticəsində ilk növbədə sadə vətəndaşlar, iş adamları əziyyət çəkir və cəmiyyət bu düşmənçilik addımlarından xəbərdar olmalıdır”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*