İrəvanda 44 günlük müharibədə həlak olanların məzarları təhqir olunub.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu gün günorta saatlarında Fanarcyan küçəsində yerləşən qəbiristanlığın bayraq dirəyi sındırılıb, dirəyə quraşdırılan günəş işığı cihazı oğurlanıb.
Fotojurnalist Qaqik Şamşyan xəbər verir ki, Kanaker-Zeytunskiy polis idarəsindən əməliyyat qrupu qeyd olunan ünvana gedib.
Məlum olub ki, həmin gün saat 03:00-dan 10:00-dək naməlum şəxslər 44 günlük müharibə “qəhrəmanı” Samvel Atoyanın məzarı üzərindəki bayraq dirəyini sındırıb və işıqlandırma cihazını oğurlayıblar.
Xuraman Etibarlı,
KONKRET.az
