İrəvanda hindistanlı tələbə vəhşicəsinə öldürüldübackend

İrəvanda hindistanlı tələbə vəhşicəsinə öldürüldü

İrəvanda yerləşən tikinti materialları mağazasında Hindistan vətəndaşının meyiti aşkarlanıb.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın David Bek küçəsində qeydə alınıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları başından çox sayda zərbə almış və yanında metal lom olan gəncin meyitini aşkarlayıb.

Öldürülən şəxsin İrəvanda ali məktəblərdən birində təhsil alan hindistanlı tələbə olduğu bilinib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*