İrəvanda olan azərbaycanlılar erməniləri qorxuya saldıbackend

İrəvanda olan azərbaycanlılar erməniləri qorxuya saldı

Ermənistanda azərbaycanlıların olması barədə xəbərlər yayılıb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda azərbaycanlıların olması xəbərindən erməni əhali qorxuya düşüb.

İrəvan sakinlərinin dediyinə görə onlar şəhərin küçələrində və insanların çox olduğu yerlərdə Azərbaycan dilində, xüsusən də telefon danışığı eşitdikləri barədə məlumat veriblər.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti xəbərlə bağlı sorğuya cavab olaraq aşağıdakıları bildirib:

“İstər qaldırılan bu məsələ, istərsə də digər funksiyalar çərçivəsində MTX qanunla ona təyin edilmiş və nəticəsi ictimaiyyətə açıqlanmayan əməliyyat-axtarış tədbirlərini həyata keçirir”.

Qeyd edə ki, ermənilər MTX-dan azərbaycanlıların Ermənistanda sərbəst gəzib-dolaşmalarına münasibət bildirilməsini, onların  Xidmətin nəzarəti altında olub-olmadığına  aydınlıq gətirilməsini istəyib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*