Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın namizədliyini təsdiqləyərək onu yenidən baş nazir təyin edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilib.
Sənəddə qeyd olunub ki, Ermənistan Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsinə əsasən Nikol Paşinyan Baş nazir vəzifəsinə təyin edilib.
***
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini rəsmən irəli sürüb.
KONKRET.az xəbər verir ki, parlamentdə çoxluğa malik olan hakim partiya Ermənistan Konstitusiyasının 149-cu maddəsinə uyğun olaraq Paşinyanın baş nazir postuna namizədliyi ilə bağlı zəruri sənədlər paketini prezident Vaaqn Xaçaturyana təqdim edib.
Partiyanın yaydığı məlumata görə, sənədlər Konstitusiyada nəzərdə tutulan baş nazirin təyin olunması prosedurunun həyata keçirilməsi məqsədilə dövlət başçısına təqdim edilib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına əsasən, yeni seçilmiş parlamentin ilk iclasından sonra hökumət istefa verir və bundan sonra prezident parlament çoxluğunun irəli sürdüyü namizədi baş nazir təyin edir. Paşinyanın namizədliyinin təqdim edilməsi onun yenidən hökumətə rəhbərlik etməsi istiqamətində növbəti rəsmi addım hesab olunur.
Günay Əli
KONKRET.az
