İrəvanın Moskva QORXUSU: Roma Əsasnaməsi ratifikasiya olunmayacaqbackend

İrəvanın Moskva QORXUSU: Roma Əsasnaməsi ratifikasiya olunmayacaq

Ermənistan Roma Əsasnaməsinin ratifikasiya prosesini dondurmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Media yazır: “Ermənistan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən Roma Əsasnaməsinin ratifikasiya prosesini dondurması istisna edilmir. Rəsmi dairələrdə deyilir ki, indiyədək diplomatik kanallarla Moskvanı razı sala bilməyiblər ki, onun ratifikasiyası onlara və xüsusən də Putinə qarşı deyil”.

Xatırladaq ki, fevralın 23-də NK nizamnamənin Ermənistan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib və hökumət sazişin ratifikasiyası prosesini davam etdirə bilər. Ali Məhkəmənin qərarından sonra Ermənistan hökumətinə nizamnamənin ratifikasiyası məsələsini parlamentə göndərmək üçün 3 ay vaxt var və indiyədək o, göndərilməyib.

Nizamnamənin ratifikasiyasını Ermənistan Azərbaycana qarşı istifadə etməyi düşünürdü, lakin bu “arzu”su da ürəyində qaldı. Bu yaxınlarda beynəlxalq məhkəmə Putinin həbsi barədə qərar qəbul etdi və Ermənistan çıxılmaz vəziyyətə düşdü.

Ali Məhkəməsinin qərarından sonra Rusiya Federasiyasının rəsmi dairələrindən ard-arda sərt reaksiyalar və satqınlıqda suçlamalar Ermənistanı geri addım atmağa vadar edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*