İşdən çıxarılmış general Müdafiə naziri təyin olunacaq? – İDDİAbackend

İşdən çıxarılmış general Müdafiə naziri təyin olunacaq? - İDDİA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) sabiq rəisi Arzu Rəhimovla bağlı sensasiya sayılacaq iddia ortaya atılıb. Bu il aprel ayının 17-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən generalın daha yüksək posta təyinat alacağı bildirilir. 

KONKRET.az Yenisabah-a istinadən xəbər verir ki, bu iddia ilə A.Rəhimovun yaxın çevrəsi çıxış edib. Onların arasında generalın birinci dərəcəli qohumları da var.

Yaxın ətrafının iddiasına görə,  A.Rəhimov tezliklə Müdafiə naziri təyin olunacaq.

Qeyd edək ki, A.Rəhimov 2023-cü ilin aprelində vəzifəsindən azad ediləndən sonra rəhbərlik etdiyi qurumun rayon şöbələrində əməliyyatlar keçirilib. Baş Prokurorluq tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində SHXÇDX-nin yerli şöbələrində müxtəlif vəzifələr tutan 10-a yaxın şəxs həbs edilib. Hətta generalın özünün də istintaqa cəlb ediləcəyinə dair iddialar var idi. Bu məlumatların fonunda A.Rəhimovun müdafiə naziri kimi vacib və strateji posta təyin olunacağı ilə bağlı xəbərlər təəccüb doğurur.

  • veteran
    Avqust 21, 2023 - 19:20

    Batalyona komandilik etməyənlər general rübəsini necə alırlar?

    • Həqiqi Azərbaycanlı
      Avqust 22, 2023 - 17:14

      Dəvənin harası düzdü ki

  • Mirbala
    Avqust 22, 2023 - 13:43

    Əlinin papağını Vəlinin başına qoyurlar, Vəlinin papağını Əlinin başına qoyurlar. Bütün ali dövlət orqanları belə işləyirlər.

  • Naim
    Avqust 23, 2023 - 11:37

    Hikmət Mirzəyev müdafiə naziri olsa yaxşı olar

  • Nazim
    Avqust 23, 2023 - 11:38

    Hikmət Mirzəyev müfafiənaziri olsa yaxşıdır

  • Garachanta
    Avqust 25, 2023 - 21:40

    bunun sifətində r…..t üzrə “komandos”luq yazılıb

  • Garachanta
    Avqust 25, 2023 - 21:42

    Ukraynada hərbi komissarlıqlara müharibıni keçən igidlər təyin olunurlar- Zelenskinin yeni qəraridır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*