İŞİD-in yeni lideri kimdir: Türkmən, erməni?backend

İŞİD-in yeni lideri kimdir: Türkmən, erməni?

Xəbər verdiyimiz kimi, ötən şənbə günü ABŞ ordusunun Suriyanın İdlib vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD lideri Əbubəkr əl-Bağdadi məhv edilib. Bu hadisədən dərhal sonra media orqanlarında İŞİD-in yeni liderinin adı açıqlanıb. Məlum olub ki, qruplaşmanın yeni lideri Abdullah Qardaş adlı terrorçu olacaq.

Media orqanlarında Qardaşın bioqrafiyası da verilib. Ən çox diqqət çəkən isə Qardaşın türkmən olması ilə bağlıdır. Abdullah Qardaş 1976-cı ildə İraqın Mosul vilayətinə bağlı türkmən şəhəri olan Telaferdə dünyaya gəlib. Əsl adı Əmir Məhəmməd Səid əl-Mövladır. Qardaş Mosul Universitetində ilahiyyat təhsili alıb. Din dərsləri deyib. Bu səbəbdən də “ustaz”, yəni ərəbcə müəllim ləqəbi alıb. Daha sonra İraqda qurulan “Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2000-ci illərin əvvəllərində İŞİD-in gələcək lideri ilə həbsxanada tanış olub. Onun atasının Mosul məscidlərindən birinin imamı olduğu bildirilir.

Qeyd edək ki, Abdullah Qardaşın İŞİD liderinin varisi elan olunması haqda xəbərlər 4 il əvvəl yayılıb. Həmin vaxt iddia olunurdu ki, əsl adı Abu Əla əl-Afri adlı şəxs, yəni Abdullah Qardaş kimi tanınan İŞİD üzvü qruplaşmanın ikinci adamı, Bağdadinin “sağ əli”dir. Hətta son illərdə bəzi media orqanları İŞİD-i faktiki olaraq Qardaşın idarə etdiyini yazırdı.

Lakin maraqlıdır ki, hələ 4 il əvvəl Türkiyənin Aksaray Universitetinin beynəlxalq münasibətlər üzrə dosenti Ziya Abbas İŞİD-in yeni liderinin türkmən olmadığını bildirmişdi. Ziya Abbas Qardaşın vaxtilə ona dərs dediyini və uşaqlıqdan bu adamı tanıdığını demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*