Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan İranı müsəlman ölkələrinə qarşı hücumlar həyata keçirməkdə ittiham edib.
KONKRET.az xəbər verir ki, nazir çıxışı zamanı İranın bir tərəfdən İslam dünyasını müdafiə etdiyini bəyan etdiyini, digər tərəfdən isə Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, BƏƏ, Oman, Livan, İordaniya və İraq kimi müsəlman ölkələrini hədəfə aldığını bildirib.

Feysal bin Fərhanın sözlərinə görə, Tehranın regionda dəstəklədiyi silahlı qruplar Yəmən, İraq, Livan və Suriyada sabitliyi pozur, bu isə İranın İslam həmrəyliyi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir. O vurğulayıb ki, qonşu müsəlman ölkələrinə qarşı hücumlar və onların təhlükəsizliyinin təhdid edilməsi qəbulolunmazdır.
Qeyd edək ki, son aylarda İran və region ölkələri arasında gərginlik artıb.
Günay Əli
KONKRET.az
