İsmayıllı rayonunda meşələrin yandırıldığı iddia edilir.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, görüntülər rayonun Tircan kəndində lentə alınıb. Yenicə bərpa olunan meşələrin kömür üçün məhv edildiyi iddia edilir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırmalara başlanılıb.
