İsrail radikal İslama qarşı “üçüncü dünya müharibəsi” aparır – İsrael Katzbackend

İsrail radikal İslama qarşı “üçüncü dünya müharibəsi” aparır - İsrael Katz

İsrail radikal İslama qarşı “üçüncü dünya müharibəsi” aparır.

KONKRET.az xəbər verir ki, bunu İsrailin energetika naziri İsrael Katz Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib..

“İsrail dövləti həmişə öz müharibələrini təkbaşına aparmağa çalışıb. Hətta ABŞ-la müqayisədə”, – Katz bildirib.

Onun sözlərinə görə, İsrail həm maliyyə, həm də hərbi cəhətdən dəstəklənir. “Ancaq biz təkbaşına mübarizə aparırıq. Biz radikal İslama qarşı üçüncü dünya müharibəsində iştirak edirik”, – nazir qeyd edib.

Siyasətçi qeyd edib ki, HƏMAS-ın  İsrailə hücumu 2001-ci ildəki hücumla müqayisə oluna bilər. İsrail dövləti üçün bu, ABŞ-da 11 sentyabrda baş verənlərə çox bənzəyir.

Ariz Həsənoğlu,

KONKRET.az

  • İlkin
    Oktyabr 24, 2023 - 11:55

    Dünyada ən radikal “din” yəhudilərin özlərini “inandırdıqları” təhrif olunmuş musəvilikdir. Tövratı açıb baxan bunu aşkar şəkildə görə bilər. 11 sentyabr məsələsinə gəlincə, o, necə ABŞ-nın gülünc oyunu idisə, İsrailə guya edilmiş hücum da İsrailin dolayı oyunudur. Hər ikisi çirkin məqsədlərin həyata keçirilməsi planıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*