İsraildən HƏMAS-a növbəti zərbə: İki mühüm fiquru məhv edildibackend

İsraildən HƏMAS-a növbəti zərbə: İki mühüm fiquru məhv edildi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında həyata keçirdiyi hava əməliyyatı zamanı HƏMAS-ın silah istehsalı qərargahının istehsal şöbəsinin rəhbəri Əhməd Munir Xəlil Zazanı zərərsizləşdirdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib.

Məlumata görə, əməliyyat Qəzzanın şimal hissəsində həyata keçirilib. IDF Zazanın HƏMAS-ın silah istehsalı və hərbi imkanlarının gücləndirilməsində əsas fiqurlardan biri olduğunu iddia edib.

Bundan əlavə, İsrail ordusu ayrı bir hava zərbəsi nəticəsində HƏMAS-ın “Nuxba” xüsusi təyinatlı bölməsinin üzvü Məhəmməd Əbu Şakianın da öldürüldüyünü bildirib.

İsrail tərəfi qeyd edib ki, əməliyyatlar HƏMAS-ın hərbi potensialını zəiflətmək məqsədi daşıyır.

HƏMAS isə hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*