İsraildən vətəndaşlarına YENİ XƏBƏRDARLIQ: “Türkiyəni dərhal tərk edin!” backend

İsraildən vətəndaşlarına YENİ XƏBƏRDARLIQ: "Türkiyəni dərhal tərk edin!" 

İsrail öz vətəndaşlarına yeni xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti iyunun 17-də ölkənin təhlükəsizlik rəsmilərinə istinadən məlumat verib. Nəşr yazıb ki, İran hökuməti cəlb etdiyi iranlı quldur dəstələrinə qarşıdakı 48 saat ərzində Türkiyədə, xüsusilə İstanbul şəhərində nəyin bahasına olursa olsun İsrail vətəndaşlarını hədəf almalarını əmr edib.

İsrail dövlət rəsmiləri İran agentlərinin bu həftə sonu Türkiyədə İsrail vətəndaşlarına qarşı terror aktları törətmək cəhdi ilə bağlı xəbərdarlıq edərək, bütün vətəndaşlarını dərhal Türkiyəni tərk etməyə çağırıb.

İsrail rəsmiləri İran agentlərinin İstanbulda İsrail vətəndaşlarının getdikləri restoranlara, əyləncə məkanlarına və otellərə onları qaçırmaq və ya öldürmək məqsədilə bağlı cəhdlərinin olduğunu vurğulayıb və Türkiyədən çıxa bilməyən israillilərə öz otaqlarında qalmalarını, israilli olduqlarına dair nişanələri gizlətmələrini tövsiyə edib.

Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə qarşı əməliyyat keçirib və israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxsləri saxlayıb.

Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində SEPAH-ın Qüds Qüvvələrinə bağlı çoxlu sayda şəxslər həbs olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*