İsrailin Baş naziri huşunu itirdi, yerə yıxıldıbackend

İsrailin Baş naziri huşunu itirdi, yerə yıxıldı

İsrailin Baş naziri Benyamin Netanyahu evdə olarkən huşunu itirib və nəticədə yerə yıxılıb.

KONKRET.az bildirir ki, bu barədə “The Jerusalem Post” İsrail baş nazirinin ofisinə istinadən xəbər verir.

Şənbə günü günortadan sonra özünü pis hiss edən Baş nazir Tel Haşomerdəki Şeba Tibb Mərkəzinin təcili yardım otağına yerləşdirilib.

“Valla” nəşrinin məlumatına görə, Baş nazir evində huşunu itirdikdən sonra təcili yardıma aparılıb. Təl-Əvivin mərkəzinə yaxın olan xəstəxanaya çatan zaman özünə gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*