İsrail Qəzza zolağını yenidən işğal edərsə, bu, böyük səhv olardı.
KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
İsrailin Qəzza zolağının işğalını dəstəkləyib-dəstəkləməyəcəyi sualına Bayden belə cavab verib: “Məncə, bu, böyük səhv olardı. Qəzza ağır bombalanıb və İsrailin tezliklə qurudan hücuma keçəcəyi gözlənilir”.
“Həmas bütün Fələstin xalqını təmsil etmir. Mən hesab edirəm ki, İsrailin Qəzzanı yenidən işğal etməsi səhv olardı”, – Bayden deyib.
Ancaq içəri girib ekstremistləri məhv etmək zəruri tələbdir.
“Düşünürəm ki, İsrail Fələstin xalqının əhəmiyyətli bir hissəsinin Həmas və Hizbullahın fikirlərini bölüşmədiyini anlayır”, – deyə Bayden qeyd edib.
Qeyd edək ki, İsrail 2005-ci ildə Qəzza zolağından hərbi varlığını, eləcə də yaşayış məntəqələrini rəsmən çıxarıb.
Ariz Həsənoğlu,
KONKRET.az
