İstanbul boğazında gəmilərin hərəkətinə müvəqqəti qadağa qoyulub.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb qatı dumandır.
Türkiyənin Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinin internet saytında verilən məlumata görə, saat 04.35-dən etibarən Boğaziçi hər iki istiqamətdə gəmi keçidlərinə bağlanıb.
Hazırda da Boğazın bəzi yerlərində duman sıxlığının olduğu müşahidə edilib.
