İstanbulda naməlum şəxslər Ədalət və İnkişaf Partiyasının binasını atəşə tutublar.
KONKRET.az xəbər verir ki, hadisədən sonra silahlı şəxslər qaça biliblər.
Şübhəlilərin müəyyən edilərək tutulması istiqamətində işlər aparılır.
Hadisə yerinə gələn polis briqadaları binanı mühasirəyə alıb. Hücum zamanı xəsarət alanın olmadığı bildirilir.
Xatırladaq ki, bu son bir neçə gündə ikinci belə hadisədir. Belə ki, aprelin 20-də ölkənin cənubunda yerləşən Adana şəhərində naməlum şəxs ov tüfəngindən hakim partiyanın binasına atəş açıb. Hücum zamanı ofisdə heç bir işçi olmayıb. Hadisə ilə bağlı 24 yaşlı şübhəli saxlanılıb.

Günel Mikayılova,
KONKRET.az
