Qara bulud İstanbulu 7 dəqiqə qaranlığa qərq edib.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Dünən İstanbulun üzərini qalınlığı 7 kilometr olan bulud örtüb. Hadisə şahidləri gündüzün gecəyə çevrildiyini bildiriblər.
Nəhəng buludun eni təxminən 10 kilometr olub. Çoxları bunu pis əlamət hesab edib.
Həmin kadrları təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
