İsveç ilk terrorçunu Türkiyəyə EKSTRADİSİYA ETDİbackend

İsveç ilk terrorçunu Türkiyəyə EKSTRADİSİYA ETDİ

İsveç PKK-ya üzv olmaqda təqsirli bilinən şəxsi Türkiyəyə ekstradisiya edib.

KONKRET.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilib ki, İsveç terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan NATO-ya üzvlük memorandumunun həyata keçirilməsi istiqamətində konkret addım atıb.

Məlumata görə, Türkiyədə 6 il 10 ay həbs cəzası alan Mahmut Tat 2015-ci ildə İsveçə sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Cümə günü axşam saatlarında Tat İstanbula aparılıb, oradan da istintaq təcridxanasına göndərilib.

Bildirilib ki, Buxarestdə iki ölkənin xarici işlər nazirlərinin görüşündən sonra İsveç tərəfindən terror fəaliyyətinə görə məhkum edilmiş şəxsin Türkiyəyə ekstradisiyası baş tutub.

Qeyd edək ki, İsveç və Finlandiya may ayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edib. Lakin Türkiyə onlardan terrorizmdə və dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək NATO-ya üzvlük prosesini əngəlləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*