İsveçdə qalmaqal: Baş nazirin həyat yoldaşı ilə bağlı araşdırma başladıbackend

İsveçdə qalmaqal: Baş nazirin həyat yoldaşı ilə bağlı araşdırma başladı

İsveçin baş nazirinin həyat yoldaşı statusundan istifadə etməsi ilə bağlı qalmaqalın mərkəzinə düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

Məlumata görə, söhbət onunla əlaqəli layihəyə könüllülərin ödənişsiz şəkildə cəlb edilməsindən gedir. Əvəzində onlara “faydalı əlaqələr” qurmaq və nüfuzlu şəxslərin çevrəsinə çıxış əldə etmək vəd olunub.

Bildirilir ki, bəzi iştirakçılar baş nazirin rəsmi iqamətgahını ziyarət etmək və onun yaxın ətrafı ilə ünsiyyət qurmaq imkanı da əldə ediblər.

Baş verənlərlə bağlı araşdırma başlanıb. Yoxlamalar, həmçinin baş nazirin həyat yoldaşının fəaliyyət göstərdiyi kilsə strukturları tərəfindən də aparılır.

Ağagül Mürsəlov,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*