İsveçdə Quranı yandıran şəxslə bağlı yeni xəbərbackend

İsveçdə Quranı yandıran şəxslə bağlı yeni xəbər

Stokholmda mərkəzi məscidin qarşısında Quranı yandıran şəxs cərimə edilə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə İsveç polisinin məlumatında bildirilib.

Məlumata görə, 37 yaşlı İraq əsilli miqrant Salvan Momika Quranı məscidin qarşısında yandırmaqla bir qrup şəxsə qarşı təhrik etməkdə təqsirli bilinir və bununla bağlı araşdırmalar aparılır. Onun barəsində habelə, İsveçdə mövcud od qalamaq qadağasını pozduğuna görə araşdırma gedir.

Hazırda ölkədə müşahidə olunan quraqlıq səbəbindən yanğın qadağası var və qadağanın pozulması cərimələrlə nəticələnə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*