Daşnaksütyun Partiyası Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan video müraciət edərək Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı müqavilədən bəhs edib.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir: “Müharibə başlayan gün, 27 sentyabr saat 09: 45-də Nikol Paşinyana zəng etdim ki, Daşnaksütyun adından siyasi baxışlarımızı bir kənara qoyaq, hamımız birləşməklə dövlətin və ordunun tərəfində olacağıq. Müharibə dövründə Paşinyanla üç dəfə qapalı görüşdük”, – deyə Saqatelyan bildirib.
Paşinyan 29 oktyabr tarixli iclasda güzəştlərin edilməli olduğunu, “barışıq yaratmağın yeganə yolu budur”, – deyə bildirmişdi. Saqatelyan əlavə edib ki, bu razılaşma Ermənistan üçün çöküşdür.
Onun sözlərinə görə, 5 noyabrda separatçıların lideri Arayik Arutyunyan da parlament qüvvələri ilə görüşdə təslim olmaq barədə danışıb.
Saqatelyan vurğulayıb ki, “Onlar hələ Şuşa süqut etməmişdən əvvəl şəhərin əldən getdiyini elan etmişdilər. “Daşnaksütyun” bu bazarlığı, xəyanəti bağışlamayacaq”.
İşxan Saqatelyan Nikol Paşinyanın istefasını tələb etdiyini deyib.
