Rusiyada it balıq tutan sahibini güllələyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Tümen vilayətində baş verib.
Məlumata görə, iki kişi itlərlə birlikdə balıq tutmağa gedib. İtlərdən biri silaha toxunub və atəş açılıb. Nəticədə güllə kişilərdən birinə dəyib.
Yaralı bir müddət huşunu itirib, lakin həkimlər gələnə kimi o, dünyasını dəyişib.
Digər hadisə isə Leninqrad vilayətində baş verib.
Bildirilib ki, iki dost ova çıxıb və silahlarını maşının arxa oturacağına qoyublar. Bir müddət sonra silaha yaxınlaşan it təsadüfən tətiyə toxunub və atəş açılıb.
47 yaşlı ovçu həmin an maşının yanında olub. Güllə maşının qapısını deşərək itin sahibinə dəyib. Kişi qan itkisindən ölüb.
İqbal Rzayev,
KONKRET.az
