İtaliyada işçilər tətilə başladı, reyslər ləğv olundubackend

İtaliyada işçilər tətilə başladı, reyslər ləğv olundu

İtaliyada aviadispetçerlər və hava limanı işçiləri tətilə başlayıblar.

KONKRET.az xəbər verir ki, ölkədəki 4 böyük həmkarlar ittifaqının çağırışı ilə aviasiya sənayesi üzrə hava limanlarında çalışanların iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil başladılıb. Bildirilib ki, həmkarlar ittifaqları İtaliya Mülki Aviasiya Agentliyi (ENAV) ilə keçirdikləri son görüşdə bu sektorda fəaliyyət göstərən insanların üzləşdikləri problemlərə aydın cavab ala bilmədiklərini əsas gətirərək tətil etmək qərarına gəliblər.

Tətil səbəbindən paytaxt Romadakı “Fiumicino” beynəlxalq hava limanında 150-dək, ölkənin ikinci ən böyük şəhəri olan Milandakı “Linate” aeroportunda bir çox aviareys ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*